
-
- 7-04-2025, 22:36
- 221
"Liverpul"dan 4 ilin antirekordu
"Liverpul" İngiltərə Premyer Liqasında son 4 ildə ilk dəfə (2:3) bir hissədə 3 top buraxıb.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu, 31-ci turun "Fulhem"lə matçında baş verib.
"Opta Sports"un məlumatına görə, mersisaydlılar sonuncu dəfə 2020-ci ilin oktyabrında "Aston Villa" ilə matçda ilk yarıda qapısından eyni sayda qol buraxıb. Həmin görüş "Liverpul"un 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Xatırladaq ki, "Fulhem" İngiltərə Premyer Liqasının turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. Komanda 48 xal toplayıb. "Liverpul" isə 73 xalla liderdir.