Düzgün günəş eynəyi necə olmalıdır?
    • 7-04-2025, 23:57
    • 353

Düzgün günəş eynəyi necə olmalıdır?

Günəşin gözlərimiz üzərində çox ciddi təsiri var. Günəşdən ayrılıb təbiətə çatan ultrabənövşəyi (UV) şüalar gözlərimizə zərər verir.

News24.az bildirir ki, UV şüalarına qarşı ala biləcəyiniz ən güclü tədbir düzgün günəş eynəyindən istifadə etməkdir.

Ultrabənövşəyi şüaların gözlərə zərərləri

Günəşdən yerə çatan bir çox zərərli şüa var. Bunların başında ultrabənövşəyi (UV) şüalar gəlir. Uzun müddət UV şüalarına məruz qalmaq dərimizə olduğu kimi gözlərimizə də ciddi zərər verə bilər. UV şüalarının göz sağlamlığına təsirləri aşağıdakı kimi sadalana bilər:

Göz qapaqlarının dərisinə, buynuz qişaya (kornea) və göz bəbəyinə zərər verə bilər.

Göz qapaqlarını örtən dəridə xərçəngə səbəb ola bilər.

Eyni zamanda, konjonktiva (gözün ağı qişası) qatında da xərçəng riski artır.

Uzun müddətli təsir nəticəsində kornea səthində pozuntular yarana bilər.

Göz bəbəyi içindəki zülalları pozaraq katarakt yaranmasına səbəb ola bilər.

Günəşin gözlərə bu qədər təsiri olduğu halda, onun zərərlərinə qarşı alınacaq tədbirlər də olduqca vacibdir. Bu məsələdə ən böyük köməkçimiz isə günəş eynəkləridir! Düzgün seçilmiş günəş eynəyi ilə günəşin zərərli şüalarına qarşı güclü müdafiə yaradaraq, uzun müddətli göz sağlamlığımıza da sərmayə qoymuş oluruq.

Bəs düzgün günəş eynəyi necə olmalıdır?

Günəş eynəyi bir çoxumuz üçün yay aylarının əvəzolunmaz dəbli aksesuarı kimi görünsə də, əslində onun funksiyası sadəcə aksesuar olmaqdan daha üstündür. Uzun müddətli işıq təsirindən və UV şüalardan qorumaq üçün günəş eynəkləri vacib bir qoruyucu vasitədir. Məhz bu səbəbdən günəş eynəyi seçərkən dəbin dəyişkən tendensiyalarına yox, sağlamlığımız üçün sabit olan normlara əsaslanmalıyıq.

Düzgün günəş eynəyi:

EN 1836 standartına uyğun olmalı və sertifikatı olmalıdır.

UV şüalarının təxminən 95%-ni süzmə gücünə malik olmalıdır. Bir çox eynəklərdə bu səviyyə 99-100% səviyyəsinə qədər çıxır. Sizin seçiminiz ən yüksək bloklama səviyyəsinə malik eynək olmalıdır.

UV şüalarını qıran polarizə edilmiş şüşəyə sahib olmalıdır.

Üz formasına tam oturmalıdır. Əks halda yan tərəflərdən işıq daxil ola bilər və eynəyin funksiyası azalır.

Uşaqlar günəş eynəyi istifadə etməlidirmi?

Günəşin böyüklərə olan təsirini nəzərə alaraq, uşaqlar üzərində yaratdığı potensial zərərləri təxmin etmək mümkündür. Bu səbəbdən bu məsələdə məlumatlı olmaq və lazımi tədbirləri görmək uşaqların göz sağlamlığı üçün çox vacibdir.

Bu baxımdan, uşaqlara kiçik yaşlardan günəş eynəyi taxmaq vərdişi qazandırmaq lazımdır. Uşaqlarda günəş eynəyi istifadəsi yaşı mütəxəssis fikirlərinə görə dəyişir. Bəzi mütəxəssislər körpəlikdən istifadəni məsləhət görsə də, digərləri 2 yaşdan sonra istifadəsini uyğun hesab edir. Çünki günəş eynəyi taxmaq, xüsusilə uşaqlar üçün müəyyən məsuliyyət tələb edir. Oyun zamanı və ya gəzərkən eynəyin düşüb sınması halında gözlərə batma riski daha ciddi problemlər yarada bilər. Buna görə kiçik yaşlı uşaqlarda günəş eynəyi istifadəsi valideyn nəzarətində olmalıdır.

Uşaqlara günəş eynəyi alarkən nələrə diqqət edilməlidir?

Eynək şüşəsi polarizə edilmiş və UV qoruması olan olmalıdır.

Şüşə orqanik materialdan hazırlanmalıdır. Orqanik şüşələr eyni zamanda uşaqlarda göz çaşqınlığı (şaşılıq) müalicəsində də istifadə olunur.

Sınmayan şüşə və çərçivəyə sahib eynəklər hərəkətli uşaqlar üçün daha təhlükəsiz seçimdir.

Geniş şüşəli və üzdə tam oturan eynəklər təhlükəsizlik baxımından daha doğru seçim sayılır.

Əgər uşağınız dərəcəli (optik) eynək istifadə edirsə, günəş eynəyi də eyni şəkildə dərəcəli olmalıdır.

Günəş eynəyi alarkən unudulmamalı ən vacib məqam: Təkcə görünüşünə görə alınan, sertifikatsız və keyfiyyətsiz şüşəli eynəklərdən uzaq durmaq lazımdır./Pravda.az