
-
- 7-04-2025, 16:23
- 317
Kişi keçmiş sevgilisindən toyuq oğurladı və həbs olundu
Kişi keçmiş sevgilisindən toyuq oğurlayıb.
News24.az xəbər verir ki, hadisə ABŞ-da baş verib. Belə ki, gənc oğlan evin arxa qapısından içəriyə daxil olub və orada sevdiyi şəxsin toyuğunu oğurlayıb.
Hadisə yerinə gələn polislər cinayətkarı aşkar edib. Kamera görüntülərində saxlanılan şəxsin əlində toyuğun olduğu və ona "Polli" deyə qışqırdığı görünüb.
Qeyd edək ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, toyuq sağ-salamat öz sahibinə qaytarılıb. Kişinin hərəkət motivlərinə gəldikdə isə, bu hələ də aydın deyil.
Nuray