İranlı nazir Bakıya gəlir
    • 7-04-2025, 19:04
    • 334

İranlı nazir Bakıya gəlir

İranın yol və şəhərsalma naziri, İran-Azərbaycan Hökumətlərarası Komissiyanın həmsədri Fərzanə Sadiq bu gün Azərbaycana səfərə gəlir.

News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, o, baş nazirinin müavini Şahin Mustafayevdən dəvət alıb.

Səfər çərçivəsində ikitərəfli nəqliyyat, gömrük, su, energetika, neft-qaz və ticarət sahələrində ortaq layihələrin cari vəziyyəti müzakirə ediləcək. Üstəlik, sərhəd məsələləri üzrə yeni anlaşma memorandumunun layihəsinin hazırlanmasına dair təkliflər veriləcək.

Səfər zamanı danışıqlar aparılacaq və İran prezidenti Məsud Pezeşkianın Azərbaycana gözlənilən səfəri ilə bağlı hazırlıq işləri görüləcək.