Helikopter çaya düşdü - Ölənlər var - VİDEO

Helikopter çaya düşdü - Ölənlər var - VİDEO Dünya

ABŞ-ın Nyu-York şəhərində helikopter Hudson çayına düşüb. 

News24.az xəbər verir ki, Nyu-York Polis Departamenti (NYPD) sosial media hesabından verdiyi açıqlamada qəza ilə bağlı məlumat yayıb.

Açıqlamada helikopterin Hudson çayına düşdüyü və qəza ilə əlaqədar ilk yardım qruplarının əraziyə yönəldildiyi bildirilib.

Qəzanın səbəbləri ilə bağlı məlumat verilməyib.

ABŞ mətbuatında çıxan xəbərlərə görə, helikopter böyük ehtimalla turistik məqsədlə istifadə edilib və qəzada 6 nəfər həyatını itirib.

Nyu York meri Erik Adams keçirdiyi mətbuat konfransında qəzada 3-ü böyük, 3-ü uşaq olmaqla 6 nəfərin həyatını itirdiyini açıqlayıb.

Günel Məlikzadə