Göyçayda yas mərasimində DƏHŞƏT - Xəsarət alanlar var
    • 8-04-2025, 09:42
    • 335

Göyçayda yas mərasimində DƏHŞƏT - Xəsarət alanlar var

Göyçayda yas mərasimində evin eyvanı uçub.

News24.az "Report"a istinadən xəbər verir ki, hadisə Vahidov Fərahim İsrafil oğluna məxsus evdə qeydə alınıb.

Belə ki, evdə yas mərasimi zamanı mərasimdə iştirak edən qadınların oturduğu evin 2-ci mərtəbəsinin eyvanı uçub. Nəticədə 1978-ci il təvəllüdlü Mətanət Ağakərim qızı Həşimova, 1969-cu il təvəllüdlü Kəmalə Həşim qızı Vahidova, Göyçay rayonu, Qarayazı kənd sakinləri 1966-cı il təvəllüdlü Saxanım Suru qızı Cabbarova, 1966-cı il təvəllüdlü Nazilə Məzahir qızı Məmmədova və 1963-cü il təvəllüdlü Susaxan Suru qızı Əliyeva həmin eyvandan yıxılaraq müxtəlif bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.