Cennifer Lopez İrəvana gəlir
    • 8-04-2025, 11:26
    • 312

Cennifer Lopez İrəvana gəlir

Məşhur pop ulduz Cennifer Lopez dünya turu çərçivəsində İrəvanda konsert proqramı ilə çıxış edəcək.

News24.az Axar.az-a istinadla xəbər verir ki, Lopez bu barədə özünün İnstaqram səhifəsində məlumat yayıb.

Lopezin konserti 3 avqust tarixində Vazgen Sərkisyan adına Respublika Stadionunda baş tutacaq.

Tur çərçivəsində müğənni Türkiyə, İspaniya, Misir, Macarıstan, Polşa, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstanda da konsertlər verəcək.