Əməliyyat: - Terrora cəhd edən şəxs SAXLANILDI

Əməliyyat: - Terrora cəhd edən şəxs SAXLANILDI Dünya

Rusiyanın Çelyabinsk şəhərində ukraynalı millətçilərin tərəfdarlarından biri öz istehsalı qumbaraatanlardan istifadə etməklə terror aktı hazırladığına görə həbs edilib. 

News24.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası FSB-nin regional idarəsi məlumat yayıb.

“Həmin şəxs Ukrayna millətçi təşkilatının ideologiyasının tərəfdarı kimi vilayət mərkəzinin inzibati obyektlərindən birində terror aktı törətmək niyyətində olub və bu məqsədlə özünün hazırladığı yandırıcı qumbaraatanlardan istifadə etməyi planlaşdırıb”, - deyə məlumatda bildirilir. 

Faktla bağlı terrora cəhd maddəsi ilə cinayət işi açılıb. 

Həbsin dəqiq nə zaman baş verdiyi açıqlanmır, lakin həbs edilən şəxsin artıq istintaq təcridxanasına aparıldığı qeyd edilir.

Ayşən