Təyyarə suya çırpıldı - Yaralılar var

Təyyarə suya çırpıldı - Yaralılar var Dünya

ABŞ-ın Oreqon ştatında kiçik təyyarə uçuş-enmə zolağından çıxaraq suya çırpılıb. 

News24.az xəbər verir ki, Oreqon Regional Hava Limanı qəza ilə bağlı Facebook səhifəsindən açıqlama verib.

Açıqlamada, Oreqondan Yutaya getməyə hazırlaşan 2019-cu il model "HA-420" tipli təyyarənin səhər saatlarında hava limanının uçuş-enmə zolağından çıxaraq suya düşdüyü bildirilib.

Açıqlamada təyyarənin daha sonra sudan çıxarıldığı və qəzada yaralanan 5 nəfərin xəstəxanaya aparıldığı bildirilib.

Günel Məlikzadə

Təyyarə suya çırpıldı - Yaralılar var