Əllərdə çatlaq problemi: Səbəblər və həll yolları
    • 8-04-2025, 20:48
    • 316

Əllərdə çatlaq problemi: Səbəblər və həll yolları

Soyuq hava şəraiti, tez-tez əl yuma və kimyəvi maddələrlə təmas nəticəsində son dövrlərdə insanlarda əl çatlağı problemi daha çox müşahidə olunur.

News24.az bildirir ki, bu cür çatlaq və quruluq halları yalnız narahatlıq yaratmaqla kifayətlənmir, həm də dəridə infeksiya riskini artırır.

Dermatoloqların fikrincə, əl çatlaqları əsasən xarici amillərin təsiri ilə yaranır. Xüsusilə qış aylarında aşağı rütubət, soyuq hava, tez-tez əl yuma və təmizlik vasitələri ilə aşırı təmasda olmaq dərinin qoruyucu baryerini zəiflədir. Eyni zamanda, bəzi hallarda egzema, sədəf xəstəliyi və ya bir sıra sağlamlıq problemləri də bu çatlaq və quruluqlara səbəb ola bilər.

Əsas səbəblər arasında bunlar göstərilir:

Soyuq hava və aşağı rütubət

Tez-tez əl yuma

Kimyəvi təmizlik vasitələri

Günəş şüalarının təsiri

Egzema və sədəf kimi dəri xəstəlikləri

Yetərsiz su qəbulu və zəif qidalanma

Çatlaqlara qarşı görülə biləcək tədbirlər:

Yağlı və intensiv nəmləndiricilərdən istifadə

Əlləri çox isti yox, ilıq su ilə yumaq

Təbii tərkibli sabunlardan istifadə

Təhlükəli maddələrlə işləyərkən qoruyucu əlcək geyinmək

C vitamini, sink və E vitamini ilə zəngin qidalanmaq

Gecə baxımı üçün nəmləndirici çəkib əlcək geyinmək

Əlavə olaraq, peeling və ölü dəri təmizliyi də mütəxəssislər tərəfindən həftədə bir-iki dəfə tövsiyə olunur. Evdə tətbiq edilə biləcək təbii üsullar arasında isə zeytun yağı, hindistan qozu yağı, bal və süd qarışımı, aloe vera geli kimi vasitələr geniş yer tutur.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, dərin və ağrılı çatlaqlar zamanı qanama və ya infeksiya əlamətləri müşahidə edilərsə, mütləq həkimə müraciət edilməlidir./Pravda.az