Ərdoğan hədələdi: "ABŞ hörmətsizliyinə davam edərsə, biz..."
    • 11-08-2018, 10:44
    • 1 912

Ərdoğan hədələdi: "ABŞ hörmətsizliyinə davam edərsə, biz..."

Türkiyə prezidenti Ankara və Vaşinqton arasında son günlər yaranmış gərginliyə cavab vermək məqsədi ilə "New York Times" qəzetinə açıq məktub göndərib.

News24.az xəbər verir ki, prezidentin məqaləsində iki ölkə arasındakı strateji tərəfdaşlığın xırda detalları açıqlanıb, artıq on illərdir davam edən əməkdaşlıq formatı xatırladılıb.  

Bundan əlavə, Rəcəb Tayyib Ərdoğan 11 iyul hadisələri zamanı ABŞ-ın bu terror aktına qarşılıq olaraq  dost və müttəqfiqlərini gözlədiyi anda Türkiyənin öz qoşunlarını Əfqanıstana göndərdiyini da yada salıb.

"Halbuki, 2016-cı il 15 iyul hadisələri zamanı ABŞ Türkiyəyə eyni dəstəyi göstərməyərək, Fətullah Gülənlə bağlı böyük bir böhranın başlamasına səbəb oldu. Bu gün Ağ Ev türk xalqının narahatlığını anlamır. Bu çevriliş cəhdi və ondan sonrakı hadisələr zamanı ABŞ-lın tutduğu mövqe Türkiyəyə qarşı hörmətsizlik sərgiləməkdən başqa bir şey deyil. Ağ Ev bu mövqeyini  davam etrirərsə, biz də özümüzə yeni əməkdaşlar axtarmaq məcburiyyətində qalacağıq. Biz öz milli maraqlarımızı qorumağa borcluyuq"-deyə Türkiyə prezidenti bildirib.