
-
- 8-04-2025, 20:29
- 397
Marketdən çərəz aldı, paketi açanda görün nə gördü
Sosial şəbəkədə bir istifadəçi qardaşının Malatyadan aldığı çərəz paketini açanda şoka düşüb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 400 lirəyə çərəz paketinin dibinin odunla dolduğunu görən şəxs gözlərinə inana bilməyib.
Belə ki, paketin dolu görünməsi üçün içinə odun parçaları yığılıb.
Çərəzi alan şəxs sosial mediada "Sevdiklərimizə hədiyyə almışdıq, açanda özümüz utandıq" deyə paylaşım edib.