
-
- 9-04-2025, 13:26
- 1 281
Faciəvi şəkildə ölən Xanoğlanın FOTOsu
Azərbaycan vətəndaşı Qəhrəmanov Xanoğlan Qaytaran oğlu Rusiyada yol qəzasında həlak olub.
News24.az-ın məlumatına görə, hadisə Pskov şəhərində baş verib. 1992-ci il təvəllüdlü Ucar rayon Boyat kənd sakini həmyerlisinin idarə etdiyi avtomobildə qəzaya düşərək ölüb. Maşında olan digər azərbaycanlılar ağır yaralı halda xəstəxanaya çatdırılıb.
Q.Xanoğlanın cəsədinin 2 gün sonra Vətənə gətiriləcəyi deyilir. O, doğulduğu Boyat kəndində dəfn olunacaq. (Unikal)
