
-
- 9-04-2025, 22:36
- 839
Mübahisə etdiyi şəxsi güllələyən iş adamı HƏBS EDİLDİ - VİDEO
İstanbulda yol vermək üstündə mübahisə edən Bəkir Eydoğanı ayağından vuran iş adamı Hüseyn Atılgan həbs edilib.
Medianews.az xəbər verir ki, Hüseyn Atılgan polisə verdiyi ifadəsində özünü müdafiə məqsədi ilə yerə doğru atəş açdığını bildirib.
“Maşını ilə məni sıxaraq söyüş söydü. Məni vurmağa çalışdı. Yerə bir güllə atdım, adamı nişan almadım. Məqsədim özümü müdafiə etmək idi”,-deyə iş adamı ifadəsində bildirib.
Hadisənin ardından saxlanılaraq nəzarətə alınan şübhəli polis bölməsindəki əməliyyatlardan sonra Kartal Anadolu Ədliyyəsinə göndərilib.
İş adamı prokurora ifadə verdikdən sonra həbs tələbi ilə məhkəməyə aparılıb. Hüseyn Atılgan Anadolu 5-ci Sülh Cəza Məhkəməsi tərəfindən “qəsdən adam yaralama” maddəsi ilə həbs edilib.