FACİƏ: Matç izləyərkən - beyin qanaması keçirdi

FACİƏ: Matç izləyərkən - beyin qanaması keçirdi Hadisə

Türkiyədə Temel Keskin adlı futbol azarkeşi “Fənərbaxça” – “Trabzonspor” matçını izlədiyi zaman beyin qanaması keçirərək ölüb.

Medianews.az xəbər verir ki, hadisə Bursanın Orhangazi rayonunda baş verib.

Dərzi dükanında dostları ilə izlədiyi matçın 30-cu dəqiqəsində məhrumun  halı pisləşib və o, dərhal xəstəxanaya aparılıb.

“Trabzonspor” azarkeş olan  50 yaşlı Temel, reanimasiya şöbəsində müalicə alsa da, hadisədən 2 gün sonra, bu gün dünyasını dəyişib.

Qeyd edək ki, o evlidir və onun 3 övladı var. //medianews.az