Gecə klubundakı faciədə MƏŞHUR müğənni ÖLDÜ
    • 9-04-2025, 15:38
    • 392

Gecə klubundakı faciədə MƏŞHUR müğənni ÖLDÜ

Dominikan Respublikasının paytaxtı Santo Dominqoda dünyaca məşhur “Jet Set” gecə klubunun damının uçması nəticəsində baş verən dəhşətli hadisədə həyatını itirən 98 nəfər arasında məşhur müğənni Rubby Peres də olub. 

News24.az xəbər verir ki, 69 yaşlı Peresin ölümünü meneceri ictimaiyyətlə paylaşıb. 

Faciədən sonra Peresin İnstaqram profili qara şəkillə dəyişdirilib. 

Lakin onun ölümü ilə bağlı təfərrüatlar hələlik açıqlanmayıb. 

Qeyd edək ki, Peresin ailəsi əvvəlcə müğənninin dağılmış binadan sağ çıxarıldığını və səlahiyyətlilərin onu "mahnı oxuyarkən" tapdığını söyləyib. Ancaq sonra müğənninin həyatını itirdiyi öyrənilib.

Günel Məlikzadə