Almaniya və Danimarkada məktəblərə bomba təhdidi göndərildi
Dünya
Almaniya və Danimarkada bir sıra məktəblərə bomba qoyulması ilə bağlı elektron məktublar göndərilib.
News24.az xəbər verir ki, Almaniyada 450-dən çox məktəbin belə təhdidlər aldığı bildirilir.
Məktublarda “Ölüm sizi gözləyir” ifadəsi yer alıb.
Bəzi məktəblərdə şagirdlər ehtiyat tədbiri olaraq evə göndərilib, ərazilərə polis əməkdaşları cəlb olunub. Almaniya polisi hadisə ilə bağlı araşdırma aparır.
Danimarkada isə Kopenhagen də daxil olmaqla bir neçə şəhərdə məktəblər təhdid alıb. Funen polisi bölgədəki 30 məktəbin hədəf seçildiyini açıqlayıb. Polis təhdidlərin əsassız ola biləcəyini bildirib.
Hər iki ölkədə təhdidlərin mənbəyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.