
-
- 9-04-2025, 16:33
- 434
Rektor təyin olunan Anar Eminov kimdir?
Anar Nazim oğlu Eminov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.
News24.az-ın məlumatına görə, o, 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq ticarət" ixtisası üzrə fərqlənmə diplomu ilə məzun olub.
2004-2006-cı illərdə Türkiyənin “Doqquz Eylül” Universitetinin Sosial Elmlər İnstitutunda "Beynəlxalq biznesin idarə olunması" ixtisası üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib.
2007-2011-ci illərdə Qərb Universitetinin Hüquq fakültəsində ikinci ali təhsil alaraq hüquqşünas ixtisasına yiyələnib.
2007-2009-cu illərdə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzində "Dünya İqtisadiyyatı" ixtisası üzrə doktorantura təhsilini vaxtından əvvəl başa vurub və 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2010-cu ildən etibarən ATMU-nun "Turizmdə menecment və marketinq" kafedrasında müəllim, baş müəllim və 2013-cü ildən "Marketinq" kafedrasının müdiri vəzifələrində çalışıb. 2016-cı ildən həmin kafedranın dosentidir.
2018-ci ilin aprel ayında Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin əmri ilə ATMU-nun Elm və İnkişaf məsələləri üzrə prorektoru vəzifəsinə təyin edilib.
Anar Eminovun yerli və beynəlxalq elmi jurnallarda (Fransa, Türkiyə, Rusiya, Bolqarıstan, Qırğızıstan və s.) çap edilmiş 70-dək məqaləsi, 1 monoqrafiyası və 4 dərs vəsaiti mövcuddur./Metbuat.az