"Fənərbağça"da ayrılıq qərarı
    • 10-04-2025, 01:00
    • 372

"Fənərbağça"da ayrılıq qərarı

Türkiyənin "Fənərbağça" klubunun rəsmiləri İsmail Yüksekə özünə komanda axtarması üçün tapşırıq veriblər.

News24.az "SporX"ə istinadən xəbər verir ki, İsmail Yüksek mövsüm sonunda "Fənərbağça"dan ayrılacaq.

Bu mövsüm "Fənərbağça" forması ilə 23 oyunda meydana çıxan 26 yaşlı futbolçu məhsuldarlıqla seçilməyib.

"Fənərbağça" rəsmiləri məhz bu səbəbdən futbolçu ilə yolları ayırmaq qərarına gəliblər.