Səudiyyə Ərəbistanından Məkkə ilə bağlı - QƏRAR

Səudiyyə Ərəbistanından Məkkə ilə bağlı - QƏRAR Gündəm

Səudiyyə Ərəbistanı mediasında yer alan xəbərlərə görə, Daxili İşlər Nazirliyi həcc mövsümündə zəvvarların təhlükəsizliyini təmin etmək məqsədilə bir sıra tədbirlər görüb.

News24.az xəbər verir ki, Səudiyyədə yayımlanan Əl-İxbariyyə kanalının X (keçmiş Twitter) platformasında etdiyi paylaşımda belə deyilib: “Çərşənbə günündən etibarən Məkkəyə giriş üçün iş icazəsi, Məkkəyə aid oturum kimliyi və ya etibarlı həcc icazəsi tələb olunacaq.”

Açıqlamada bildirilib ki, Daxili İşlər Nazirliyi bu tətbiq ilə Məkkəyə giriş-çıxışlara nəzarət etməyi, yalnız səlahiyyətli şəxslərin şəhərdə olmasını təmin etməyi və zəvvarların təhlükəsizliyini qorumağı məqsəd qoyur.

Səudiyyə Ərəbistanının Həcc Nazirliyi də həcc ibadətini yerinə yetirmək istəyən şəxsləri saxta elanlara və dələduz təkliflərə qarşı diqqətli olmağa çağırıb və yalnız rəsmi kanallar vasitəsilə müraciət edilməli olduğunu xatırladıb.

Nazirlik bildirib ki, həcc ibadəti yalnız rəsmi qurumlar vasitəsilə alınan “həcc vizası” ilə mümkündür və bu proses 80 ölkədə təyin olunmuş rəsmi ofislərlə koordinasiyalı şəkildə həyata keçirilir.


Məryəm İlhamqızı