Keçmiş deputatın qızı anasını axtarır
    • 9-04-2025, 18:16
    • 772

Keçmiş deputatın qızı anasını axtarır

Lerikdən olan sabiq deputat Vaqif Musayevin qızı anasını axtarır.

News24.az Cenublu.az-a istinadla xəbər verir ki, V.Mustafayevin qızı anasını tapmaq üçün "Səni axtarıram" studiyasına gəlib.

O, 18 ildir üzünü görmədiyi anası üçün DNT testi etdirmək istəyib.

Onun sözlərinə görə, qoşulub qaçdığı üçün anası onunla əlaqəni kəsib.

Qeyd edək ki, Vaqif Musayev 1990-1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olub. O, 2019-cu ildə vəfat edib.