-
- 7-08-2019, 13:54
- 935
Sürücülərə şad xəbər - ARTIQ GECƏ SAATLARINDA... - FOTO
"Paytaxtın inzibati ərazisindəki yol kəsişmələrində nişanlanma xətləri, xüsusən də eyni səviyyəli piyada keçidlərinin iki komponentli boya ilə əvəzlənməsinə başlanılıb"
Bakı Nəqliyyat Agentliyindən News24.az-a verilən məlumata görə, məqsəd, yol hərəkəti təhlükəsizliyi səviyyəsini artırmaqdır. Yeniliyin tətbiqi ilə piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini daha yaxşı təmin etmək mümkün olacaq.
İki komponentli boyaların əsas üstünlükləri aşağıdakılardır:
Yüksək işıqqaytarıcılıq keyfiyyəti. İşıqqaytarıcılığın artırılması üçün boyaya xüsusi şüşə kürəcikləri də əlavə edilir. Bu da həm günün qaranlıq saatlarında, həm də görüntünün məhdud olduğu pis hava şəraitində yol nişanlamalarının daha görünən olmasına imkan verir.
Uzun müddətli qalıcılıq. İki komponentli boyalar daha qalın olur və soyuq boyaya nisbətən uzun müddət keyfiyyətini itirmir və daha asan yuyulur.
Artıq 14 küçə və prospektdə qeyd edilən işlər yekunlaşdırılıb. Ümumilikdə son 4 ay ərzində Agentlik tərəfindən 107 küçə və prospektdə eyni səviyyəli piyada keçidləri yenilənib.