-
- 11-08-2018, 11:02
- 1 073
“Azərişıq” işıq pulu ilə bağlı mətbuat konfransı keçirir
Hazırda "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) rəsmiləri son günlər sosial şəbəkələrdə əhalinin işıq sayğaclarının şübhəli sərfiyyat ödənişləri ilə bağlı narahatlığına dair sualları cavablandırmaq üçün mətbuat konfransı keçirir.
Qurumun sözçüsü Tanrıverdi Mustafayev və digər vəzifəli şəxslər şübhələri aydınlaşdırmaq üçün açıqlama verirlər.
Qeyd edək ki, ötən ayla eyni qaydada məişət avadanlıqlarından istifadə etdiyini bildirən abonentlər iyul ayında sərfiyyata görə ödənişin 2 və ya 3 dəfə artıq hesablandığını iddia ediblər. Hətta məzuniyyətə çıxdığı üçün ödəniş ayının bir çox günlərini evində olmayan şəxslərə də ötən ayla müqayisədə daha çox "işıq pulu” gəlib.
// Qafqazinfo