Universitet direktorundan təqdirəlayiq addım

Universitet direktorundan təqdirəlayiq addım Sosial

UNEC Zaqatala filialının direktoru təqdirəlayiq addım atıb. Belə ki, direktor Raqif Qasımovun əmri ilə filialın əməkdaşlarının hər birinə mükafat verilib.

News24.az xəbər verir ki, mükafat 200 AZN həcmində olub və Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təqdim olunub.

Təşəbbüs sosial şəbəkələrdə də böyük maraqla qarşılanıb və təqdir edilib.