Ata oğlunun şəhid olduğu tarixdə DÜNYASINI DƏYİŞDİ
    • 10-04-2025, 18:20
    • 401

Ata oğlunun şəhid olduğu tarixdə DÜNYASINI DƏYİŞDİ

Biləsuvarda şəhid atası İsbət Qafarov dünyasını dəyişib.

News24.az Bizim.Media-ya istinadla xəbər verir ki, I Qarabağ müharibəsində şəhid olan Xanlar Qafarovun atası – İsbət Qulam oğlu Qafarov 86 yaşında vəfat edib.

İsbət Qafarov 1939-cu ildə Lerik rayonunda anadan olub. 1973-cü ildə ailəsi ilə birlikdə Biləsuvar rayonunun İsmətli kəndinə köçüb. Həmin ildə həyat yoldaşı Xanımbacı ilə birgə ailəsində dördüncü övlad – Xanlar dünyaya gəlib. Onların ailəsində ümumilikdə 3 oğul və 4 qız böyüyüb.

Şəhid Xanlar Qafarov 1993-cü ildə Zəngilan uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. O, İsmətli kənd qəbiristanlığında dəfn edilib. Hal-hazırda onun adını daşıyan məktəb İsmətli kənd tam orta məktəbidir.

İsbət Qafarov bu gün, aprelin 10-da, şəhid oğlunun şəhadətinin 32-ci ildönümündə torpağa tapşırılıb.