
-
- 11-04-2025, 21:12
- 354
Nazilə Səfərli: O qədər dır-dır...
Şairə və qiraətçi Nazilə Səfərli fonoqram oxuyan müğənniləri tənqid edib.
News24.az xəbər verir ki, bu barədə o, “Gün ortası” verilişində danışıb:
“Efirdə dır-dır ötənlər var, mənalı, mənasız, yerini bilməyənlər canlı oxusalar danışmağa halları qalmaz. Cansız oxuyursunuz deyə, bu qədər danışırsınız. Efirdə yerli-yersiz, lazım gəldi-gəlmədi danışıb, sözü hörmətdən salmaqdansa, oxumaq gözəldir. Əgər həqiqətən də canlı oxuyursansa, boş-boş danışmağa heyin qalmır. Fonoqram oxuyursansa danışıqla ayıbını örtməyə çalışırsan”. /Yenisabah.az