Yerin dərinliklərində sirli yeni həyat formalarını KƏŞF EDİBLƏR
    • 12-04-2025, 06:34
    • 1 530

Yerin dərinliklərində sirli yeni həyat formalarını KƏŞF EDİBLƏR

Yerin “kritik zonası” ağacların zirvələrindən başlayaraq 200 metr dərinliyə qədər uzanan ekosistem təbəqəsini əhatə edir.

News24.az xəbər verir ki,bu bölgə; torpaq əmələ gəlməsi,Bu qidalanma dövrü kimi həyati prosesləri tənzimləyir  suyun keyfiyyət sistemin sağlamlığı üçün əvəzolunmaz hesab olunur.

Milyonlarla il əvvəl sudan yerə keçdilər

Tədqiqatçılar aşkar ediblər ki, CSP1-3 ailəsinin əcdadları milyonlarla il əvvəl isti bulaqlarda və şirin sularda yaşayıb və zaman keçdikcə onlar əvvəlcə yerüstü torpağa, sonra isə dərin torpaq qatlarına uyğunlaşıblar.

DNT analizi nəticəsində bu mikrobların hərəkətsiz deyil, aktiv şəkildə böyüməyə davam etdiyi müəyyən edilib. Bu orqanizmlərin gözləniləndən çox daha dominant bir yerə sahib olduğu da müəyyən edilmişdir. Bəzi nümunələrdə CSP1-3 qrupunun torpaq mikrobiotasının 50%-dən çoxunu təşkil etdiyi qeyd edilib.

Mikroblar suyu necə təmizləyir?

Araşdırmalara görə, torpaq dünyanın ən böyük su filtridir. Yağış suları torpağa dərinləşdikcə fiziki, kimyəvi və bioloji proseslərlə təmizlənir. Dərin torpaqlarda yaşayan CSP1-3 mikroorqanizmləri səthdən daşınan karbon və azot komponentlərini parçalayaraq bu təmizlənmə prosesinə töhfə verir.

Səma