-
- 7-08-2019, 23:47
- 1 094
Barda azərbaycanlını öldürən şəxs təslim oldu -Rusiyada
Rusiyadakı barlardan birində 27 yaşlı azərbaycanlını öldürən şəxs tutulub.
News24.az “1000inf.ru” xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən və axtarışda olan Anatoli Qrudistov öz xoşu ilə polis bölməsinə gələrək təslim olub.
Onun haqqında qəsdən adam öldürmə ittihamı ilə cinayət işi açılıb.
Qeyd edək ki, iyulun 28-də “Rokko” barında A.Qrudistov şəxsi münaqişə zəminində azərbaycanlını başından yaralayaraq öldürmüşdü.