Təmizləyici məhsullar - -təhlükə yaradır

Təmizləyici məhsullar - -təhlükə yaradır Sağlamlıq

Gündəlik həyatımızda təmizlik sağlam həyatın təməl daşlarından biri hesab olunur.

News24.az xəbər verir ki,ancaq evlərimizdə istifadə etdiyimiz təmizlik məhsulları məsum görünüşlərinin arxasında ciddi sağlamlıq riskləri yarada bilər.

SAĞLAMLIQ PROBLEMLƏMLƏRİNƏ SƏBƏB OLUR

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu təhlükələrə diqqət çəkərək, məişət təmizlik vasitələrinin tərkibindəki kimyəvi maddələrin insan sağlamlığına təsirini açıqlayıb.

Əksər məişət təmizlik məhsullarında olan uçucu üzvi birləşmələr (VOC), ammonyak, xlor və ftalatlar kimi kimyəvi maddələr həm qısa, həm də uzunmüddətli dövrdə ciddi sağlamlıq problemlərinə səbəb olur.

AĞ ciyərlərin FUNKSİYALARININ DAİMİ ZƏDƏNLƏRİNƏ SƏBƏB OLUR

Bu cür kimyəvi maddələrlə nəfəs almaq astma, allergiya və hətta xroniki tənəffüs xəstəliklərinə səbəb olur.

Məsələn, ağartıcı kimi xlor əsaslı məhsulların istifadəsi zamanı ayrılan qazlar tənəffüs yollarını qıcıqlandıraraq öskürəyə, nəfəs darlığına və gözlərin yanmasına səbəb ola bilər.

Səma