Ağsuda kənddə ev yandı -əşyaları belə çıxara bilmədilər
    • 8-08-2019, 09:11
    • 689

Ağsuda kənddə ev yandı -əşyaları belə çıxara bilmədilər

Ağsu rayonunun Pirhəsənli kəndində 4 otaqlı ev yanıb.


Fövqəlada Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, ümumi sahəsi 176 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin, dəhlizinin lambirindən ibarət tavanı 20 m² sahədə, dam örtüyünün yanar konstruksiyaları 6 m² sahədə və mətbəx əşyaları 10 m² sahədə yanıb. 


Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.