
-
- 13-04-2025, 09:16
- 268
Bəhlul "Qəbələ"yə dönə bilər
Mövsümün sonunda "Qarabağ"dan ayrılacaq yerli futbolçuların sırasında Bəhlul Mustafazadənin də adı çəkilir.
News24.az bildirir ki, rekord.az-a daxil olan məlumata görə, bu ayrılıq baş verərsə, 28 yaşlı müdafiəçi sabiq klubu "Qəbələ"yə qayıda bilər.
Belə ki, 1 illik fasilədən sonra yenidən Premyer Liqaya qayıdan "Qəbələ" yerli futbolçu seçimi edərkən daha çox öz akademiyasından çıxmış futbolçulara üstünlük verəcək ki, Bəhlul da bu siyahıda ilk sıralarda yer alıb.