Bu şəhərdə yollar əyri xətlənir – SƏBƏB
    • 13-04-2025, 10:52
    • 269

Bu şəhərdə yollar əyri xətlənir – SƏBƏB

ABŞ-nin Filadelfiya ştatında yerli idarəetmə orqanları maraqlı tədbirə əl atıb. 

News24.az avtosfer.az-a istinadla xəbər verir ki, Montqomeri şəhərində yol düz deyil, əyri xətlərlə nişanlanıb. İdeya müəlliflərinin fikrincə, əyri yollar sürücüləri nsürəti azaltmağa vadar edəcək.

Ölümlə nəticələnənən qəzaların böyük əksəriyyəti yüksək sürət nəticəsində baş verir. 

Xətləmə cəmi 2 gün əvvəl aparıldığı üçün nəticələr barədə danışmaq hələ tezdir. Sınaq müddəti keçdikdən sonra nəticələr təhlil ediləcək. Səmərəli olduğu halda, ştatın digər yollarında da oxşar xətləmə aparılacaq.