"Kazanova qatili" - 70 qadın ÖLDÜRMÜŞƏM

"Kazanova qatili" - 70 qadın ÖLDÜRMÜŞƏM Dünya

70 qadını öldürdüyünü iddia edən özünü seriyalı qatil kimi qələmə verən Qlen Rocers aprelin 15-də qubernator Ron DeSantis tərəfindən e d*m cəzasına məhkum edilib. 

News24.az xəbər verir ki, Rocers qətl, silahlı soyğunçuluq və avtomobil oğurluğunda günahkar bilinib.

Rocers Kentukki ştatında həbsdə olarkən daha 70 qadını öldürdüyünü etiraf etdiyi halda. o yalnız iki cinayətdə mühakimə olunub. 

İkinci məhkəmə 1999-cu ildə Kaliforniyada keçirilib və yenidən ölüm hökmü ilə nəticələnib. 

Qeyd edək ki, "Kazanova qatili" ləqəbli Qlen Rocersin mayın 15-də öldürücü iynə vurularaq ölüm cəzasına məhkum edilməsi barədə qərar verilib. Edam tarixi yaxınlaşdıqca, prokurorlar və vəkillər məhkəmə prosesini sürətləndirmək üçün çalışırlar. Məhkəməyə veriləcək yekun vəsatətlərin aprelin 19-dək yekunlaşacağı gözlənilir.

Onu da bildirək ki, Rocersin orta məktəb sevgilisi Deborah Niksdən iki yetkin uşağı var.

Günel Məlikzadə

"Kazanova qatili" - 70 qadın ÖLDÜRMÜŞƏM