Yeni müharibəyə hazırlaşırlar
    • 12-04-2025, 23:48
    • 1 118

Yeni müharibəyə hazırlaşırlar


Avro-Atlantik birlik bütün səylərini yeni müharibəyə hazırlaşmağa yönəldib.

Publika.az xəbər verir ki, bunu Antalya Diplomatik Forumunda çıxışı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Bu Avro-Atlantik icmanın bütün səyləri yeni müharibəyə hazırlaşmaq üzərində cəmlənib", - nazir vurğulayıb. Onun sözlərinə görə, bu prosesə Almaniya, Fransa və Böyük Britaniya rəhbərlik edir.

Lavrov NATO haqqında da danışaraq, alyansın özünün ən böyük düşməni olduğunu qeyd edib.