Yük maşını aşdı, SÜRÜCÜ BOĞULDU
    • 8-08-2019, 13:40
    • 1 571

Yük maşını aşdı, SÜRÜCÜ BOĞULDU

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Culfa rayonunda yük maşını Araz çayına aşıb.

Bunu İranın Şərqi Azərbaycan vilayətinin Culfa rayonu hüquq-mühafizə orqanının polis rəisi polkovnik Yədulla Cahanara polis informasiya agentliyinə açıqlamasında deyib.

Y.Cahanaranın sözlərinə görə, hadisə nəticəsində yük maşınının sürücüsü çayda boğulub. Onun cəsədi artıq çaydan çıxarılıb./trend/