
-
- 14-04-2025, 09:43
- 760
Qubernatorun evinə HÜCUM EDİLDİ
ABŞ-ın Pensilvaniya ştatının demokrat qubernatoru Coş Şapironun evinin yandırıldığı və hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.
News24.az xəbər verir ki, Pensilvaniya əyalət polisi hadisə ilə bağlı yazılı açıqlama yayıb:
"İstintaq davam edir, lakin Pensilvaniya Ştat Polisi bunun yandırma olduğunu bəyan etməyə hazırdır".
Açıqlamada yanğının tam söndürüldüyü, lakin yaşayış məntəqəsinə ciddi ziyan dəydiyi, yanğın zamanı Qubernator və ailəsinin iqamətgahda olduğu, xəsarət almadan təxliyə edildiyi qeyd olunub.
Eyni zamanda, müxtəlif qurumlar arasında koordinasiya ilə istintaq başladıldığı və məsul şəxsin müəyyən edilməsinə töhfə verəcək şəxslərə 10 min dollar mükafat veriləcəyi bildirilib.
Qubernator Şapiro da heç kimin xəsarət almamasından və yanğının uğurla söndürülməsindən məmnun olduğunu sosial şəbəkədə paylaşıb.
Şapiro özü və ailəsi adından səlahiyyətlilərə təşəkkür edib.
Günel Məlikzadə


