Tumların beyinə faydası sübut olundu
    • 15-04-2025, 05:30
    • 623

Tumların beyinə faydası sübut olundu

Tumların, toxumların bilmədiyimiz faydaları çoxdur.

News24.az Medicina.az-a istinadən xəbər verir ki, diyetoloq Jill Nassinov bəzi tumların beyinə təsirindən danışıb.

“Günəbaxan, balqabaq, küncüt və çia toxumlarının tərkibində hüceyrələri qocalmaqdan qoruyan maddələr var. Toxum təkcə orqanizmin deyil, beynin də gəncliyini uzatmağa yardımçı olur. Toxumlarda olan omeqa-3 yağ turşuları koqnitiv funksiyaları qorumağa kömək edir”, - Nassinov vurğulayıb.

Mütəxəssis həmçinin istənilən giləmeyvə və nori dəniz yosununu sağlam, lakin daha az kalorili qəlyanaltı adlandırıb. O izah edib ki, giləmeyvə iltihabla mübarizə aparmağa kömək edir, çünki onlar antioksidantların güclü mənbəyidir. Onun sözlərinə görə, nori həm də antiinflamatuar təsirə malikdir və həmçinin çoxlu yod və digər faydalı maddələr ehtiva edir.