
-
- 14-04-2025, 16:07
- 1 779
Məşhur aktyordan üzücü xəbər
Uzun müddətdir xəstəliklə mübarizə apardığı bilinən ulduz vəfat edib.
News24.az xəbər verir ki, 78 yaşlı Mario Ernesto Sançesin xəstəliyi ilə bağlı dəqiq məlumat verilməsə də, köməkçisi məşhur aktyorun vəziyyətinin son günlər pisləşdiyini bildirib.
Mario Ernesto Sançesin həmkarı Verónica Abruza sosial media hesabında "Onun övladlarına, ailəsinə və dostlarına başsağlığı verirəm. Mayamiyə gəldiyim zaman mənə göstərdiyiniz xeyirxahlığı, diqqəti və centlmenliyi həmişə xatırlayacağam" deyib.
Onu da qeyd edək ki, 1978-ci ildə Teatro Avante teatr təşkilatını quran Mario Ernesto Sançez sonuncu dəfə 2022-ci ildə Jammerz serialında rol alıb. 2014-cü ildə Legacy Award mükafatına layiq görülən kubalı aktyor teatra verdiyi töhfələrlə hər zaman adından söz etdirib.
Günel Məlikzadə

