Tramp Zelenski və Baydeni Ukraynada münaqişəyə başlamaqda ittiham etdi
    • 14-04-2025, 19:05
    • 410

Tramp Zelenski və Baydeni Ukraynada münaqişəyə başlamaqda ittiham etdi

Ukrayna prezidenti Vladimir Zelenski və ABŞ-ın keçmiş lideri Co Bayden Ukraynada münaqişənin başlamasına icazə veriblər. 

News24.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsindəki səhifəsində bildirib.

"Prezident Zelenski və yalançı Co Bayden bu faciənin başlanmasına icazə verməklə dəhşətli səhvə yol verdilər. Bunun qarşısını almağın bir çox yolu var idi. Amma bu, indi keçmişdə qalıb. Bütün bunları indi və təcili dayandırmalıyıq. Çox kədərlidir” - deyə yazıb.

Aqil