
-
- 15-04-2025, 11:05
- 344
Məşhur aktrisa hamilədir - FOTO
“Güneşin Kızları”, “Duy Beni”, “Paranoya” kimi seriallarla tanınan Ege Kökenli ana olmağa hazırlaşır.
News24.az xəbər verir ki, ötən həftələrdə hamilə olduğu iddia edilən aktrisa sosial media hesabından rəsmi olaraq ana olacağını açıqlayıb.
Həyat yoldaşı Lior Ahituv ilə uşaq gözləyən 32 yaşlı aktrisa "Bu sevgi hekayəsinə yeni bir personaj əlavə edirik. Tezliklə: Baby A" qeydi ilə video paylaşıb.
Qeyd edək ki, aktrisa körpəsinin cinsini hələ açıqlamayıb.
Günel Məlikzadə

