
-
- 15-04-2025, 16:37
- 699
“Həzi Aslanov”un yaxınlığında BİNA YANIR - ANBAAN VİDEO
Metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
News24.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.