Ordular hazır vəziyyətə GƏTİRİLDİ

Ordular hazır vəziyyətə GƏTİRİLDİ Sosial


Aprelin 22-də Hindistanın nəzarətində Cammu və Kəşmir bölgəsində bir qrup silahlı şəxsin turistlərə atəş açması və ən azı 25 nəfərin ölümündən sonra Hindistan və Pakistan arasında gərginlik artıb.

Axar.az xəbər verir ki, Hindistan bu gün artıq Pakistanla sərhəddəki “Atari” keçid məntəqəsini bağlayıb.

GSSR44 Teleqram kanalı yazıb ki, Pakistan və Hindistan arasında təmas xətti boyunca atəşkəs pozuntuları qeydə alınıb. Hər iki tərəf bir-birini təxribatlarda ittiham edir.

İddiaya görə, turistlərə hücumun məsuliyyətini Pakistan mənşəli qruplaşma öz üzərinə götürüb. Hindistanın Baş naziri Narendra Modi Səudiyyə Ərəbistanına olan səfərini yarımçıq kəsərək geri qayıdıb.