Morqan Frimanın sırğalarının sirri üzə çıxdı
    • 16-04-2025, 11:21
    • 249

Morqan Frimanın sırğalarının sirri üzə çıxdı

İlk məşhurlaşdığı gündən bəri eyni sırğaları taxdığı görülən Friman bu sırğaların onun üçün bir aksesuardan daha əhəmiyyətli bir əşya olduğunu açıqlayıb.

News24.az xəbər verir ki, amerikalı aktyor sırğaların arxasındakı sirri belə izah edib: 

"Tanımadığım yerdə ölsəm, bu sırğalar mənə tabut alacaq qədər qiymətlidir. Əvvəllər dənizçilər buna görə sırğa taxırdılar və mən də bu ənənəni davam etdirirəm".

Özünü "mavi suların adamı" olaraq xarakterizə edən məşhur ad bu yolla dənizə olan həvəsini də göstərdiyini bildirib.

Friman əlavə edib ki, “The Crimson Pirate” filmindəki Burt Lankaster obrazı onun sırğa vərdişinə təsir edib.

Günel Məlikzadə