Sudanda paralel hökumət quruldu
Dünya
Sudanda orduya qarşı döyüşən Çevik Dəstək Qüvvələri (RSF) tərəfindən paralel hökumət qurulub.
News24.az xəbər verir ki, RSF lideri Mohammed Hamdan Dagalo vətəndaş müharibəsinin ikinci ildönümündə Sudanın əsl simasını əks etdirən geniş koalisiyadan ibarət “Sülh və Birlik Hökuməti”nin qurulduğunu və hökumətin “Sudanın real gələcəyini qurduğunu” bildirib.
Hökumətinin təkcə RSF-nin nəzarəti altında olan ərazilərə deyil, bütün ölkəyə təhsil və səhiyyə kimi əsas xidmətləri göstərəcəyini ifadə edən Daqalo, "Biz suverenlik deyil, birlik istəyirik. İnanırıq ki, heç bir qəbilə, bölgə və ya din Sudanın yeganə sahibi deyil".
Günel Məlikzadə