21 yaşlı gənci kürəyindən bıçaqlayıb qaçdılar -Şəmkirdə
    • 8-08-2019, 23:39
    • 1 041

21 yaşlı gənci kürəyindən bıçaqlayıb qaçdılar -Şəmkirdə

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə Həzi Aslanov küçəsində qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü Şəmkir sakini Malik Abdullayev kürək nahiyəsinin daxilə keçən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.