Bakıda kafe yandı
    • 9-08-2019, 09:16
    • 757

Bakıda kafe yandı

Bakıda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Nəsimi rayonunda altımərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 300 m² olan kafenin lambirindən ibarət tavanı 10 m² sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.