Bakıda və Gəncədə kafelər yandı
    • 15-12-2019, 15:59
    • 927

Bakıda və Gəncədə kafelər yandı

Bakıda və Gəncədə kafelərdə yanğın olub. 
 
FHN-dən News24.az-a verilən məlumata görə, hadisələrdən biri Gəncə şəhərinin Nizami rayonunda baş verib.  
 
Belə ki, dördmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 110 m² olan kafenin mətbəxində lambirindən ibarət tavan 10 m² sahədə və 2 ədəd məişət avadanlığı yanıb.  
 
Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 
 
Digər hadisə isə Bakı şəhərinin Binəqədi rayonunda qeydə alınıb.  
 
Beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan taxta üzlükdən ibarət kafenin mətbəxinin lambirindən ibarət tavanı 5 m² sahədə və 1 ədəd məişət avadanlığı yanıb.  
 
Kafenin qalan hissəsi yanğından mühafizə olunub.  
 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.