İtkin düşmüş şəhidlə vida mərasimi keçirilir
Gündəm
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Mübariz Hüseynovla vida mərasimi keçirilir.
Neüs24şaz Publika.az-a istinadla xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Azərbaycan ordusunun hərbçiləri, qazilər , şəhid ailələri, məktəblilər iştirak ediblər.
Mübariz Hüseynov Suraxanı rayonu Dədə Qorqud Qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, Hüseynov Mübariz Sabəddin oğlu 1970-ci ildə Ermənistanın Loru nahiyəsi (Kalinino rayonu) Qızıl Şəfəq kəndində doğulub.
O, 1993-cü ilin 23 oktyabrında Cəbrayıl rayonunda itkin düşüb.