Ailə üzvləri üçün xaricdən dərman gətirənlərin - NƏZƏRİNƏ!

Ailə üzvləri üçün xaricdən dərman gətirənlərin - NƏZƏRİNƏ! Gündəm

Yaxın ailə üzvü üçün xarici ölkədən gətirilən dərman vasitələrinin resepti gömrük orqanı əməkdaşlarına təqdim olunduğu təqdirdə buraxılışı təmin olunur.

News24.az xəbər verir ki, bunu “Rəqəmsal gömrük və media” mövzusunda seminarda “musavat.com”a açıqlamasında Dövlət Gömrük Komitəsinin Gömrük İnzibatçılığı Baş idarəsinin fiziki şəxslər üzrə iş şöbəsinin rəisi İlkin Hüseynzadə bildirib.

Qurum rəsmisi qeyd edib ki, resept kağız formasında olsa, yaxşı olar amma elektron formada da təqdim oluna bilər:

“Bu, yalnız şəxsin ailə üzvləri üçün keçərlidir. Əgər xəstə xarici ölkədə həkim qəbulunda olubsa, reseptə yazılan müddət və miqdar əsas götürülür”, deyə komitə rəsmisi əlavə edib.