"Formula 1" nə vaxt keçiriləcək?

"Formula 1" nə vaxt keçiriləcək? İdman

Formula 1 yarışlarında sürət həvəskarlarının izlədiyi növbəti ünvan Səudiyyə Ərəbistandır. 

News24.az xəbər verir ki, bu gün Formula 1 Səudiyyə Ərəbistan GP məşq sessiyası başlayır. Pilotlar aprelin 18-20-də çempionluq uğrunda mübarizə aparacaqlar.

Səudiyyə Ərəbistanı QP yarışı Formula 1 mövsümünün 5-ci turudur. 

Onu da qeyd edək ki, Lando Norris Formula 1 Bəhreyn GP-nin qalibi olub. Konstruktorlar çempionatına 151 xalla McLaren başçılıq edir, Mercedes 93 xalla ikinci, Red Bull 71 xalla üçüncüdür.

  • 2-4 may Mayami GP
  • 16-18 May Emilia-Romagna GP
  • Monako QP 23-25 May
  • 30 may-1 iyun İspaniya QP
  • 13-15 iyun Kanada GP


Günel Məlikzadə